Jose Mourinhodan Amrabat sualına cavab

Bakı, 30 avqust, Sporaz.tv

Fenerbahçe“nin baş məşqçisi Jose MourinhoAlanyaspor” matçı öncəsi verdiyi müsahibədə ona Sofyan Amrabatla bağlı sual verilərkən matçın nəticələrinə işarə edib.

Sporaz.tv xəbər verir ki, Trendyol Super Liqasının 4-cü həftəsində “Fenerbahçe” bu axşam “Alanyaspor”u qəbul edəcək. “Sarı-göylü” komandanın məşqçisi Jose Mourinho matçdan əvvəl açıqlamalar verib.

beIN Sports-a danışan Mourinhonun açıqlamaları belədir:

“Alanyaspor”un “Başakşehir”lə oyununa baxdım. Digər oyunlarını da videodan izlədim. Onlar yaxşı komandadırlar, topla yaxşı işləyirlər, oyunu yaxşı qururlar, ön bölgədə sürətli oyunçuları var. Çətin matç olacq, amma burada keçirdiyim həftələrdə başa düşdüm ki, Türk futbolunda asan matç yoxdur. Əgər matçların asan olmasını istəyiriksə, bunu təmin etməliyik, amma prinsipcə asan oyun yoxdur”.

“Sarı-göylər” klubun prinsipial razılığa gəldiyini açıqladığı Sofyan Amrabatla bağlı sualı cavablandıran portuqaliyalı çalışdırıcı “Matçdan sonra… Matçdan əvvəl Sofyan Amrabat yoxdur. Qazanmaq üçün bir matç var, amma hələ Amrabat yoxdur” dedi.

Bahar Rüstəm