Jose Mourinho, rekordla gələn ulduzu da göndərir

Bakı, 29 iyul, Sporaz.tv

Fenerbahçe (Fənərbaxça)-da edilən transferlərdən sonra bütün gözlər komandadan ayrılacaq futbolçulara çevrildi. Baş məşqçi Jose Mourinhonun 5 futbolçunun üstündən xətt çəkdiyi siyahıda rekord qonorarla sarı-göylülərə yollanan milli futbolçu var.

Etdiyi transferlərlə yeni mövsüm heyətini böyük ölçüdə formalaşdıran Fenerbahçe (Fənərbaxça)-dan futbolçuların ayrılması gözlənilir.

Portuqaliyalı məşqçinin qalmasına əvvəlcə müsbət yanaşan, lakin sonradan intizam problemlərini anlayaraq bu fikrindən vaz keçən Emre Mor da siyahıdakı adlardandır. Emre Morun adı “Eyüpspor”da hallanır.

Fenerbahçe (Fənərbaxça)-nın Miha ZajcMiguel Crespo ilə yollarını ayıracağı da dəqiq hesab edilir. Hər iki futbolçu, Superliqanın yeni komandası “Göztepe”nin diqqətindədir. Komandada nəzərə alınmayan digər ad isə Luan Peresdir. Braziliyalı futbolçu üçün həm ölkəsindən, həm də Superliqadan gələn təkliflər qiymətləndiriləcək.

Sarı-göylü komandada Youssef En-Nesyridən əvvəl 15 milyon avro ilə transfer rekordunu əlində saxlayan Cengiz Ünderin də Mourinhonun heyətdə görmək istəmədiyi adlardan biri olduğu xəbərlərdə iddia edilmişdi. Ünderin “Napoli”yə satılması və bu satışdan 15 milyon avro qazanılması gözlənilir.