Bakı, 10 oktyabr, Sporaz.tv
Fenerbahçe (Fənərbağça)-nın baş məşqçisi Jose Mourinho tennisdən ayrıldığını açıqlayan Rafael Nadalla vidalaşıb.
Sporaz.tv xəbər verir ki, “22 Böyük Dəbilqə” qalibi olan Rafael Nadal tennis karyerasını bitirdiyini açıqlayıb. Əfsanəvi tennisçi bu qərarı açıqladıqdan sonra onunla vidalaşanlardan biri də Jose Mourinho olub.
Jose Mourinho paylaşımında bunları deyib: “Səninlə çox matçlar keçirdim, çox xallar və qələbələr üçün mübarizə apardım. Sənin üçün darıxacağam, əfsanə. Belə gözəl tarix yazdığına görə çoxlu təbriklər”.
Son illərdə aldığı zədələrdən sonra köhnə formasından uzaqlaşan Nadal, sosial media hesabında yayımladığı video mesajında: ”Peşəkar tennisi tərk etdiyimi bildirmək üçün burdayam. Həqiqət budur ki, çətin illər keçirdim, xüsusən də son iki il. Məhdudiyyətsiz oynaya biləcəyimi düşünmürəm”- sözlərini deyib.
Mourinhonun paylaşımı: