Jose Mourinho: “O, heç vaxt formanı almayacaq”

Bakı, 25 sentyabr, Sporaz.tv

Fenerbahçe“(Fənərbağça)-nin baş məşqçisi Jose Mourinhonun məşqdən sonra futbolçularla görüş keçirdiyi iddia edilib. “Fenerbahçe”-yə çempionluq üçün gəldiyini bildirən Mourinho forma mesajı da verib.

Sporaz.tv məlumat verir ki, derbidə “Galatasaray“(Qalatasaray)-a 3-1 uduzduqdan sonra liderdən 5 xal geri düşən “Fenerbahçe”-dəki Union SG matçının hazırlıqları Joze Mourinyonun rəhbərliyi altında davam edir.

Mourinho, Samandıradakı məşqdən sonra komanda ilə görüş keçirib.

Komandanı derbidəki səhvləri videoda izləməyə vadar etdiyi bildirilən Mourinho, futbolçularına açıq mesajlar verib.

Mourinhonun derbini bir an əvvəl unutmalı olduqlarını xatırladan futbolçularını Avropa Liqası üçün motivasiya etdiyi vurğulanıb.

Xəbərdə portuqaliyalı baş məşqçi: “Bura çempion olmaq üçün gəlmişəm. Hər kəsin əlindən gələni etməsini istəyirəm. Bunu etməyənlər heç vaxt formanı məndən almayacaqlar”- dediyi bildirilib.

UEFA Avropa Liqasında “Fenerbahçe”-nin qonağı olacaq “Union SG” matçı saat 20:45-də başlayacaq.

Leave a Reply