Jose Mourinho ilə uşaq arasında qeyri-adi dialoq

Bakı, 5 sentyabr, Sporaz.tv

Fenerbahçe“nin vitse-prezidenti Acun Ilıcalı ilə Ayça Çağla Altunkaya evlənib. “Fenerbahçe”nin baş məşqçisi Jose Mourinhonun bir çox məşhur qonağın iştirak etdiyi toyun çıxışında uşaqla dialoqu sosial mediada trend mövzusuna çevrilib.

Sporaz.tv xəbər verir ki, “Fenerbahçe”nin baş məşqçisi Jose Mourinho “sarı-göylü” komandanın vitse-prezidenti Acun Ilıcalının toy mərasimində iştirak edib. Toydan çıxarkən görüntülənən Mourinhonun ondan pul istəyən uşaqla söhbəti diqqət çəkib.

Mourinho toydan sonra maşınına tərəf gedərkən bir uşaq ona yaxınlaşıb. Uşağın üzərinə əyilib onu dinləyən Mourinho uşağın pul istəməsindən sonra “pulum yoxdur” cavabını verib.

Daha sonra Jose Mourinhho maşınına minərək uzaqlaşıb. Özünəməxsus üslubunda verdiyi açıqlamalarla hər zaman gündəm olmağı bacaran Jose Mourinho ilə uşaq arasındakı bu dialoq sosial mediada da çox danışılıb.

Bahar Rüstəm