Jose Mourinho “Barcelona”nın ulduzuna qadağa qoyub

Bakı, 18 noyabr, Sporaz.tv

Barcelona“-nın gənc ulduzu Ansu Fatinin adı yay transfer dövründən “Fenerbahçe“(Fənərbağça)-də hallanır. Ansu Fati ilə “Fenerbahçe”-nin yaxınlaşması ilə bağlı İspaniya mətbuatı yeni iddia ilə çıxış edib.

Sporaz.tv məlumat verir ki, “Barcelona”-da çıxış edən və bir müddətdir radarlarında olan Ansu Fati ilə bağlı “Fenerbahçe”-nin son qərarı verdiyi iddia edilib.

“Fenerbahçe”-nin baş məşqçisi Jose Mourinhonun mövsümün əvvəlində Hansi Flicklə keçirdiyi düşərgədən sonra Ansu Fatinin çıxışını görmək üçün transferini son ana qədər gözləməyi üstün tutduğu bildirilib.

Lakin 22 yaşlı futbolçu mövsümün əvvəlində zədə alıb. Ansu Fatinin zədələnməsindən sonra “Fenerbahçe”-nin futbolçuya marağı davam etsə də, yay transfer dövründə heç bir cəhd edilməyib.

“Fenerbahçe”, ara transfer dövrü üçün nəzərdə tutulan Ansu Fatinin transferindən vaz keçib.

Ötən həftə yenidən zədələnən Ansu Fatinin 4 həftə meydanlardan uzaq qalacağı gözlənilir.

Ancaq “Fenerbahçe”-nin zədəsi bir yana Ansu Fatidən imtina etməsinin səbəbi futbolçunun ona verilən fürsətlərdən yararlana bilməməsi kimi göstərilib.

Xəbərdə, Jose Mourinhonun mövsümün əvvəlində Ansu Fati üzərində düşündüyü, lakin bu prosesdə transferə veto qoyduğu bildirilib.

Ansu Fati bu mövsüm 7 matçda “Barcelona”-nın formasını geyinib. 22 yaşlı futbolçu bu matçlarda 158 dəqiqə meydanda olsa da, nə qol, nə də məhsuldar ötürmə verə bildi.

Leave a Reply