Bakı, 14 noyabr, Sporaz.tv
“Fenerbahçe”(Fənərbağça)-nin “Barcelona“-nın gənc ulduz namizədlərindən olan Ansu Fati ilə bağlı iddiası üzə çıxıb. Jose Mourinyonun Ansu Fatini “Fenerbahçe”-də istədiyi bildirilir.
Sporaz.tv məlumat verir ki, “Fenerbahçe“, “Barcelona”-nın gənc istedadı Ansu Fati heyətinə qatmağı planlaşdırır, eyni zamanda yarı transfer dövrü üçün işlərini sürətləndirir.
“Fenerbahçe” performansı aşağı düşən Ansu Fati mövsümün sonuna kimi heyətinə qatmaq cəhdlərinə başlayıb.
Gənc futbolçunu heyətinə qatmaq üçün “Fenerbahçe”-dən başqa “Sevilla”-nın da hərəkətə keçəcəyi bildirilib.
Bu mövsüm “Barcelona”-nın heyətində 7 matçda meydana çıxan 1,78 metrlik futbolçu 158 dəqiqə meydanda qalıb və hesaba töhfə verə bilməyib.