Jose Mourinho AVRO-2024-ün favoritini açıqlayıb

Bakı, 12 iyun, Sporaz.tv

Fenerbahçe“nin baş məşqçisi Jose Mourinho Portuqaliyanın 2024-cü il Avropa Futbol Çempionatının favoriti olduğunu bildirib.

Sporaz.tv xəbər verir ki, Futbol çempionatı 14 iyun cümə günü Almaniya-Şotlandiya oyunu ilə başlayacaq.

1 ay davam edəcək AVRO-2024-ün çempionu iyulun 14-də keçiriləcək final oyunundan sonra müəyyənləşəcək.

Avropanın milli komanda səviyyəsində ən əhəmiyyətli təşkilatlanmadan əvvəl “Fenerbahçe“nin baş məşqçisi Jose Mourinho TNT Sports kanalına turnirlə bağlı proqnozlarını açıqlayıb.

Jose Mourinho Portuqaliyanı Almaniyanın ev sahibliyi edəcəyi AVRO 2024-ün favoriti adlandırıb. Jose Mourinho İngiltərənin turniri ikinci yerdə bitirəcəyini deyib.

Jose Mourinho İngiltərə Milli Komandasından Harry Kanenin Qızıl Ayaqqabı mükafatını, Jude Bellinghamın isə turnirin oyunçusu mükafatını qazanacağını proqnozlaşdırmışdı.

Bahar Rüstəm