Jose Mourinho adı “Galatasaray”hallanan ulduzu istəyir

Bakı, 8 iyun, Sporaz.tv

Benfica” ilə müqaviləsi başa çatacaq Rafa Silvanın adı “Galatasaray“la hallanıb. Portuqaliya mətbuatı “Fenerbahçe“nin baş məşqçisi Jose Mourinhonun da Rafa Silvanı komandasında görmək istədiyini iddia edib.

Sporaz.tv xəbər verir ki, yeni mövsüm üçün transfer cəhdlərini davam etdirən “Galatasaray”ın gündəmində olan adlardan biri də Rafa Silvadır.

Ötən gün Portuqaliya mətbuatında “Galatasaray”ın Rafa Silva üçün təklif etdiyi bildirilirdi. Xəbərdə “Galatasaray”ın Silvaya imza pulu da daxil olmaqla 2 il üçün 3 milyon avro və cəmi 7 milyon avro təklif etməyə hazır olduğu iddia edilib. Portuqaliya mətbuatının Rafa Silva transferi ilə bağlı bir başqa diqqət çəkən iddiası isə “Fenerbahçe”nin baş məşqçisi Jose Mourinhonun da Rafa Silvanı istədiyi bildirilmişdi. Mourinyonun istədiyi Rafa Silva ötən mövsüm “Benfica”da 22 qol vurub, 15 məhsuldar ötürmə edib.

Bahar Rüstəm