“Jorge Jesus”dan 175 milyon avroluq transfer!

Bakı,23 may,Sporaz.tv

Məşqçi “Jorge Jesus“un rəhbərliyi altında Səudiyyə Ərəbistanı Liqasını çempion kimi başa vuran “Al-Hilal” üçün flaş transfer iddiası ortaya atılıb.

Sporaz.tv məlumat verir ki, o Jogo-da çıxan xəbərə görə, Körfəz komandası İtaliya A Seriyasının komandalarından olan “Milan“da çıxış edən Rafael Leaonu heyətinə qatmaq üçün cəhdlərə başlayıb.

Buraxılış məbləği: 175 milyon avro

Futbolçunun “Milan”la müqaviləsində 175 milyon avro məbləğində sərbəst qalma maddəsi olduğu və “göy-ağların” bu haqqı ödəməyə hazır olduğu bildirilib.

Xəbərdə həmçinin Leaonun atası Antonio Leao və meneceri Mario Ruinin Ər-Riyada getdiyi və həm Jorge Jesus, həm də Al-Hilal rəhbərliyi ilə görüşəcəyi bildirilib.

2019/20 mövsümünün əvvəlində “Lill“dən “Milan”a transfer olunan portuqaliyalı ulduz İtaliya yığması ilə ümumilikdə 209 matçda 57 qol vurub, 50 məhsuldar ötürmə edib.