Jorge Jesus sürprizi: “O, yeni macəraya başlaya bilər”

Bakı, 18 noyabr, Sporaz.tv

Səudiyyə Ərəbistanı komandalarından olan “Al-Hilal“-ı çalışdıran Jorge Jesus Braziliyaya qayıda bilər. “Flamengo”-da prezident seçkiləri öncəsi namizədlərdən biri olan Luiz Eduardo Baptista, Jorge Jesusu komandaya rəhbər təyin etməyi planlaşdırır.

Sporaz.tv məlumat verir ki, “Fenerbahçe“(Fənərbaxça)-nin keçmiş məşqçilərindən olan Jorge Jesus, Səudiyyə Ərəbistanında “Al-Hilal”-la son dərəcə uğurlu çıxış edir.

Digər tərəfdən, Braziliyalı Bolavipdən gələn xəbərə görə, Jorge Jesusun, “Flamengo“-a qayıtma ehtimalı var.

Bildirilib ki, dekabrda “Flamengo”-da keçiriləcək prezident seçkilərində namizədlərdən biri olan Luiz Eduardo Baptista Jorge Jesusu komandaya rəhbər təyin etmək istəyir.

Xəbərdə Luiz Eduardo Baptistanın Jorge Jesus ilə tez-tez əlaqə saxladığı vurğulanıb.

Portuqaliyalı çalışdırıcının “Al-Hilal”-dan 12 milyon avro aldığı xatırladılarkən, “Flamengo”-nun bu məbləği ödəyə bilməyəcəyinin aydın olduğu vurğulanıb.

Digər namizəd Rodrigo Dunsheenin seçiləcəyi təqdirdə hazırkı baş məşqçi Filipe Luis ilə vəzifəsini davam etdirəcəyi bildirilib.

Leave a Reply