Johnathan Motley ilə yollar ayrıldı

Bakı, 25 iyun, Sporaz.tv

Fenerbahçe Beko” Kişi Basketbol Komandası, Johnathan Motley ilə yollarını ayırdıqlarını açıqladı.

Sporaz.tv xəbər verir ki, sarı-göylü klubun internet saytından edilən şərhdə, “Fenerbahçe Beko-nun 2022-23 və 2023-24 mövsümü heyətlərində yer alan oyunçumuz Johnathan Motley ilə yollarımızı ayırdıq. Fenerbahçe ailəsinə verdiyi töhfələrə görə Johnathan Motleyə təşəkkür edirik və ona karyerasının yeni dövründə uğurlar arzulayırıq.”- deyildi.