Bakı, 11 noyabr, Sporaz.tv
“Sporting”, Ruben Amorimi “Manchester United”(Mançester Yunayted)-ə göndərib və Joao Pereiranı baş məşqçi təyin edib.
Sporaz.tv məlumat verir ki, Ruben Amorimin “Manchester United“-lə razılığından sonra “Sporting”-in yeni baş məşqçisi bəlli olub.
Portuqaliya təmsilçisi, Amorimin boşluğunu Joao Pereira ilə doldurub.
“Sporting”, rəsmi olaraq Joao Pereiranın baş məşqçi təyin olunduğunu açıqlayıb.
Joao Pereira 2017-2021-ci illər arasında “Trabzonspor”-un formasını geyinib.