Joao Pedro yeni komandası ilə müqavilə imzalayır

Bakı, 26 sentyabr, Sporaz.tv

Fenerbahçe“(Fənərbaxça) ilə müqaviləsinə xitam verən Joao Pedro, İngiltərə çempionatının komandalarından “Hull City“(Hall Siti) ilə anlaşıb.

Sporaz.tv məlumat verir ki, Çempionat komandası “Hull City”, “Fenerbahçe”-dən ayrılan Joao Pedronu heyətinə qatdığını açıqlayıb.

Klubun saytında yer alan açıqlamada Pedro ilə 1 illik opsiya ilə 2 illik müqavilə imzalandığı bildirilib.

“Hull City”-nin paylaşımında: ” Joao Pedro “Hull City” ilə müqavilə imzaladı. Xoş gəldiniz, JP.” ifadələrdən istifadə olunurdu.

Futbola Braziliyanın “Atletico Mineiro” klubunun infrastrukturunda başlayan və daha sonra “Palermo”, “Vitoria”, “Penarol”, “Desportivo Brasil”, “Santos” və “Estoil” klublarında çıxış edən Joao Pedro 2014-cü ildə “Cagleiri”-yə transfer olunub.

Uzun illər “Cagleiri”də çıxış edən braziliyalı futbolçu 2022-ci ildə “Fenerbahçe” ilə müqavilə imzalayıb.

Pedro, ötən mövsümü “Gremio”-da keçirib və icarə müqaviləsi başa çatdıqdan sonra “Fenerbahçe”-yə qayıdıb. “Fenerbahçe”, ötən ay Joao Pedro ilə müqaviləyə xitam verildiyini açıqlamışdı.

Karyerası boyunca 452 matçda iştirak edən Joao Pedro 118 qol vurub, 42 məhsuldar ötürmə edib.

Leave a Reply