Joao Pedro “Fenerbahçe”yə geri qayıdır

Bakı, 9 iyul, Sporaz.tv

Fenerbahçe“nin “Gremio“ya icarəyə verdiyi Joao Pedro yenidən sarı-göylülərə qayıdır. Joao Pedronun müqaviləsinin başa çatmasını gözləmədən Braziliya komandasını tərk etdiyi bildirilir.

Sporaz.tv xəbər verir ki, “Fenerbahçe”nin 2022-23 mövsümünün əvvəlində “Cagliari“dən 4,68 milyon avroya transfer etdiyi Joao Pedro “sarı-göylülər”in gözləntilərindən aşağı olub.

“Fenerbahçe”nin keçən mövsümün əvvəlində almaq opsiyasıyla “Gremio”ya icarəyə götürdüyü Joao Pedroda ilə bağlı xəbər var.

Joao Pedro “Gremio” ilə iyulun sonunda başa çatacaq müqaviləsinin bitməsini gözləmədən Braziliya yığması ilə vidalaşıb.

Joao Pedronun qısa zamanda İstanbula gələcəyi bildirilib.

32 yaşlı hücumçu “Fenerbahçe” ilə müqaviləsinin son ilinə qədəm qoyub.

“Sarı-göylülər”in heyətində ümumilikdə 28 matça çıxan Joao Pedro 5 qol vurub, 1 məhsuldar ötürmə edib.

Bahar Rüstəm