Bakı, 14 noyabr, Sporaz.tv
“Fenerbahçe“(Fənərbağça)-də aldığı zədələrə görə gözləntilərin altında qalan Joao Pedro, özünü İngiltərədə tapmağa başlayıb. “Fenerbahçe”-nin əvvəlcə “Gremio“-a icarəyə verdiyi və qayıtdıqdan sonra müqaviləsi bitən futbolçu, “Fenerbahçe” klubunun vitse-prezidenti Acun Ilıcalının sahibi olduğu “Hull City”-ə transfer olunub. Braziliyalı futbolçu son 3 matçda göstərdiyi performansla diqqət çəkir.
Sporaz.tv məlumat verir ki, 2022-ci ildə “Cagliari“(Kalyar)-“dən “Fenerbahçe”-ə transfer olan Joao Pedro, gözləntilərdən aşağı olub.
2023-cü ildə “Gremio”-a icarəyə verilən futbolçunun, 2024-cü ildə “Fenerbahçe”-ə qayıtdıqdan sonra müqaviləsi ləğv edilib.
“Fenerbahçe”-nin vitse-prezidenti Acun Ilıcalının sahibi olduğu İngiltərə çempionatında çıxış edən “Hull City”-ə transfer olunan Joao Pedro, son 3 matçda göstərdiyi performansla diqqət çəkib.
Son 3 matçın 2-də 90 dəqiqə, birində isə 84 dəqiqə meydanda qalan Joao Pedro, iki dəfə qola töhfə verib.
Dəqiqə sayını artıran və son matçlarda müntəzəm çıxış edən Joao Pedronun bu çıxışı texniki heyəti sevindirib.
Joao Pedro, bu mövsüm “Hull City“(Hall Siti)_nin heyətində 7 matçda 377 dəqiqə meydanda olub. 32 yaşlı futbolçu bu görüşlərdə 2 qol vurmağı bacarıb.