Joao Mario, rəsmi olaraq “Beşiktaş”da

Bakı, 4 sentyabr, Sporaz.tv

BeşiktaşJoao Marionu transfer etdiyini açıqlayıb.
Sporaz.tv xəbər verir ki, “Beşiktaş” “Benfica“-dan Joao Marionu transfer edib.

“Ağ-qaralar”, portuqaliyalı oyunçu üçün anons videosu yayımlayıb.

Klubun internet saytında açıqlanan xəbərdə, “Peşəkar futbolçu Joao Marionun müvəqqəti transferi üçün 2024-25 mövsümünün sonuna Benfica klubu ilə razılaşma əldə edilib. Joao Marioya şanlı formamızla böyük uğurlara imza atmağı diləyirik”-qeyd edilib.

Porto alt liqasında futbol oynamağa başlayan Joao Mario, karyerasında “Sporting”, “Inter”, “West Ham United”, “Lokomotiv Moskova” və “Benfica” kimi komandalarda çıxış edib.

Bu komandaların heyətində ümumilikdə 441 matçda iştirak edən portuqaliyalı futbolçu, 61 dəfə fərqlənib, 84 dəfə qol ötürməsi edib.

Ötən mövsüm “Benfica”nın heyətində ümumilikdə 51 matçda iştirak edən Joao Mario, 9 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Joao Mario, Beşiktaşda 18 nömrəli formanı geyinəcək.