Joao Felixin yeni komandası açıqlanıb

Bakı, 19 avqust, Sporaz.tv

İngiltərə Premyer Liqa təmsilçisi Chelsea (Çelsi)-nin Joao Felixi heyətinə qatmaq üçün Atletico Madrid ilə anlaşdığı iddia edilir.

Chelsea (Çelsi), portuqaliyalı futbolçu ilə 6+1 illik müqavilə imzalayacaq.

Joao Felix, 2022-2023 mövsümünün ikinci yarısında Chelsea (Çelsi)-də icarə əsasında çıxış edib. İngiltərə klubunda 20 matçda 4 qol vuran ulduz futbolçu, ötən mövsümü icarə əsasında “Barcelona”da keçirib.

2019-cu ildə “Benfica”-dan 126 milyon avro qarşılığında transfer edilən Felix, “Atletico Madrid”də 131 matçda forma geyinib və 34 dəfə fərqlənib.