Joao Felixin transferi ilə bağlı dəqiq açıqlama

Bakı, 3 avqust, Sporaz.tv

Benfica“nın prezidenti Rui Costa, transferi “Atletico Madrid“dən olan Joao Felixi transfer edəcəkləri ilə bağlı iddialarla bağlı açıqlama verib.

Sporaz.tv xəbər verir ki, “Atletico Madrid”də çıxış edən Joao Felixin İspaniya komandasındakı gələcəyi qeyri-müəyyən qalsa da, ulduz futbolçunun adı keçmiş komandası “Benfica” ilə hallanmağa başlayıb.

Portuqaliya klubunun prezidenti Rui Costa bu transferi həyata keçirmələrinin mümkün olmadığını açıqlayıb. İspaniyanın AS qəzetinə danışan Rui Costa, “Atletico”nun istədiyini “Benfica”nın ödəməsi mümkün deyil. Onu geri qaytarmaq istərdik, lakin bu, bizim üçün mümkün deyil” dedi.

Felixin transferi üçün “Atletico Madrid”in 60 milyon avro tələb etdiyi iddia edilir.

24 yaşlı futbolçu ötən mövsüm icarə əsasında çıxış etdiyi “Barcelona”ya qayıtmaq istəsə də, Kataloniya komandasının bu transferdə həvəsli olmadığı bildirilirdi.

Bahar Rüstəm