“Jesus Navas”ın “Sevilla”da son mövsümü

Bakı,16 may,Sporaz.tv

İspaniyanın “Sevilla“(Sevilya) klubu rekordçu futbolçusu Jesús Navas (Xesus Navas) mövsümün sonunda yolları ayıracaq.

Sporaz.tv klubun mətbuat xidmətinə istinadən məlumat verir ki, 38 yaşlı ispaniyalının müqaviləsi yeniləməyib.

Futbolçu “Sevilla”(Sevilya) da keçirdiyi oyunların sayına görə rekordçudur (688). O, həmçinin komandası ilə ən çox titul qazanan (8 kubok) oyunçu ünvanına sahibdir.

Qeyd edək ki, X.Navas 2003-2013-cü illərdə “Sevilla”(Sevilya) da çıxış edib, daha sonra “Manchester City“(Mançester Siti)yə keçib. Futbolçu 2017-ci ildə doğma klubuna qayıdıb.

Mənbə:Report