Jesus Navas İspaniya millisi ilə vidalaşıb

Bakı, 29 avqust, Sporaz.tv

Sevilla (Sevilya)-da çıxış edən 38 yaşlı Jesus Navas, milli karyerasını başa vurduğunu açıqlayıb.

Sporaz.tv xəbər verir ki, İspaniyanın “Sevilla” komandasında çıxış edən və İspaniya millisi ilə çoxsaylı uğurlar qazanan Jesus Navas millidən ayrılıb.

Jesus Navas, sosial mediadan açıqlama verərək İspaniya Milli Komandası ilə vidalaşıb. Navas, İspaniya Milli Komandası ilə 56 matçda çıxış edib və 5 dəfə qol sevinci yaşayıb.

Navas, İspaniya Milli Komandası ilə 1 Dünya Kuboku, 2 Avropa çempionluğu və 1 Millətlər Liqasının qalibi olmağı bacarıb.