Jens Cajuste, “Galatasaray”dan imtina etdi

Bakı, 31 iyul, Sporaz.tv

Napoli“də çıxış edən və Galatasaray (Qalatasaray)-ın gündəmində olan Jens Cajuste, yeni macəraya başlamağa hazırlaşır. “Galatasaray”ı rədd edən isveçli yarımmüdafiəçi, İngiltərə Premyer Liqasında fürsətləri dəyərləndirir.

Sporaz.tv xəbər verir ki, yarımmüdafiəçi transferi üzərində işlərini davam etdirən “Galatasaray”ın gündəmində olan adlardan biri də Jens Cajuste olub.

Corriere dello Sport-da yer alan xəbərə görə, “Galatasaray”, Jens Cajusteyə təklif edib. Xəbərdə 24 yaşlı yarımmüdafiəçinin sarı-qırmızılıları rədd etdiyi vurğulanıb.

İngiltərə Premyer Liqasından taliblərinin olduğu bildirilən Jens Cajustenin bu imkanlardan yararlandığı bildirilib.

Qeyd olunub ki, futbolçunun transferi bir neçə gün ərzində açıqlanacaq.

Əvvəlki mövsümdə bütün yarışlarda 35 matça çıxan Jens Cajuste, 1408 dəqiqə meydanda olub.