Jeff Bezos, Boston Celtics-i alacaq?

Bakı, 5 iyul, Sporaz.tv

NBA-da mövsümü çempion kimi başa vuran “Boston Celtics“in satılacağı açıqlanıb. Amazon sahibi Jeff Bezosun Boston Celtics-i alacağı iddia edildi.

Sporaz.tv xəbər verir ki, NBA-da Boston Celtics mövsümü çempion kimi başa vurdu. 15 ildən sonra ilk çempionluğunu qazanan Celtics, NBA-da ən çox çempionluq qazanan komanda adını da ələ keçirdi.

Jeff Bezos bu yaxınlarda 5 milyard dollar dəyərində Amazon səhmlərini satacağını açıqlamışdı. Boston Celtics təxminən 5 milyard dollar dəyərində qiymətləndirilir. Səhm satışının Boston Celtics-in alınması üçün də gündəmdə olduğuna dair şərhlər var.

Məlumdur ki, Jeff Bezos uzun müddətdir ki, NBA-da komanda sahibi olmağa çalışır. Məşhur iş adamı 2 il əvvəl Phoenix Suns-u almağa çalışsa da, buna nail ola bilməyib.