Jayden Oosterwolde üçün sürpriz talib

Bakı, 26 iyul, Sporaz.tv

Fenerbahçe(Fənərbağça)də ötən mövsümün ulduzlarından olan “Jayden Oosterwolde“(Jayden Oostervolde) ilə bağlı təəccüblü iddia ortaya atılıb. İtaliyanın “Bologna“(Bolonya) komandasının Oosterwolde üçün hərəkətə keçə biləcəyi bildirilib.

 Sporaz.tv məlumat verir ki, “Fenerbahçe”nin əsas oyunçularından olan Jayden Oosterwolde üçün İtaliyadan təəccüblü iddia gəlib.

İtaliya mətbuatında çıxan xəbərə görə, Riccardo Calafiorinin transfer vəziyyətini gözləyərkən Bolognanın transfer siyahısı hazırdır.

“Calafiori”(Kalafiori)ni keyfiyyətli adla əvəzləmək istəyən Bolognanın Jayden Oosterwoldeni adını da siyahılarına daxil etdiyi bildirilib.

Xəbərdə Oosterwoldenin Jose Mourinhonun sisteminin təməl daşlarından biri olduğu vurğulansa da, bu transfer üçün böyük bir təklifin edilməsi lazım olduğu ifadə edilib.

Ötən mövsüm “Fenerbahçe”də müdafiəçi mövqeyində uğurlu çıxış edən Oosterwolde, 43 matçda meydana çıxıb.

Hollandiyalı futbolçu bu matçlarda 2 qola töhfə verib və 3164 dəqiqə meydanda qalıb.