Bakı, 19 noyabr, Sporaz.tv
“Fenerbahçe“, uğurlu futbolçusu Jayden Oosterwolde ilə yeni müqavilə imzalamağa hazırlaşır. Sarı-göylər, Oosterwoldenin maaşında ciddi irəliləyiş edərək futbolçuya jest edəcək.
Sporaz.tv məlumat verir ki, aldığı ciddi təkliflərə baxmayaraq “Fenerbahçe”-də qalan Jayden Oosterwolde, uğursuz zədədən sonra mövsümü başa vurub.
Samsunspor matçında çarpaz bağları qopan Oosterwolde, bıçağın altına girərək reabilitasiya prosesinə girib.
Digər tərəfdən, “Fenerbahçe” rəhbərliyi, futbolçunun maaşını yaxşılaşdıraraq ona jest etməyə hazırlaşır.
Hazırda illik 850 min avro qazanan Oosterwoldenin yeni maaşı, 1,3 milyon avroya enəcək.
Zədəsinə qədər Mourinhonun vazkeçilməz olan Oosterwolde, bu mövsüm 14 matçda meydana çıxıb və zədələndiyi “Samsunspor” matçı istisna olmaqla, bütün yarışlarda 90 dəqiqə meydanda qalıb.