Bakı, 8 noyabr, Sporaz.tv
Çapraz bağlarından zədə alan “Fenerbahçe“(Fənərbağça)-nin futbolçusu Jayden Oosterwolde əməliyyat masasında olub. Klubdan verilən açıqlamada 23 yaşlı futbolçunun müalicə və reabilitasiya prosesinə start verildiyi bildirilib.
Sporaz.tv məlumat verir ki, “Fenerbahçe”-nin futbolçusu Jayden Oosterwolde xaricdə ön çarpaz bağ əməliyyatı keçirib.
Sarı-göylər klubundan verilən açıqlamada: “Peşəkar Futbol A Komandamızın oyunçularından Jayden Oosterwolde xaricdə ön çarpaz bağ əməliyyatı keçirib. Müalicəsi və reabilitasiya prosesi başlayan futbolçumuzun tezliklə sağalmasını arzu edirik.” – deyə bildirilib.