Javier Tebas, Kylian Mbappenin transferini açıqladı

Bakı, 14 may, Sporaz.tv

LaLiga prezidenti Javier Tebas bildirib ki, Kylian Mbappe 5 mövsüm “Real Madrid” formasını geyinəcək. “O, gələn mövsüm Madriddə olacaq. o, dünyanın ən yaxşı oyunçularından biridir”.

Sporaz.tv xəbər verir ki, Fransa Liqa 1 komandası “PSG“dən ayrılacağını açıqlayan Kylian Mbappe “Real Madrid”ə keçməyə hazırlaşır.
Sosial media hesabında yayımladığı video ilə komandadan ayrılacağını açıqlayan Mbappenin yeni komandası olaraq “Real Madrid” olacağı gözlənilir.
İspan mətbuatında yer alan xəbərə görə, “Real Madrid” və Kylian Mbappe transfer üçün razılığa gəlib və rəsmi açıqlamanın Çempionlar Liqasının finalından sonra veriləcəyi bildirilib.
Braziliya mətbuatından “Ole”yə müsahibə verən Tebas, “5 mövsümlük müqavilə imzaladı. Gələn mövsümdən Madriddə olacaq. O, dünyanın ən yaxşı oyunçularından biridir, klubda eyni zamanda ViniciusBellinghamda olacaq. “Real Madrid” böyük bir komanda olacaq, yenə də bu çempionluq kifayət deyil” dedi.

Kilian Mbappe sosial media hesabında “Təşəkkür edirəm” başlığı ilə video yayımlayıb.

Mbappe videoda “Uzun illər Fransanın ən böyük klubunun, dünyanın ən yaxşılarından birinin futbolçusu olmaq şansım və şərəfim var idi. Heç vaxt düşünməmişdim ki, Fransa Liqa 1-dən ayrılmaq belə olacaq. çətin, amma 7 ildən sonra mənə yeni bir çağırış lazım idi” dedi.

Liqa 1-də “Tuluza” ilə matçda ilk 11-də başlayan ulduz futbolçu “Park des Princes“də PSJ forması ilə son matçına çıxıb.

“PSG”nin heyətində bütün yarışlarda 306 oyun keçirən və 256 qol vuran ulduz futbolçu 6-sı liqa çempionluğu olmaqla 14 kubok qələbəsi yaşayıb.

Mbappe həmçinin Fransa millisi ilə 2018 FIFA Dünya Kubokunun qalibi olub.

Bahar Rüstəm