James Rodriguezdən sonra daha bir bomba

Bakı, 27 avqust, Sporaz.tv

Rayo Vallecano“, James Rodriguezdən sonra daha bir bomba partlatmağa hazırlaşır. İspaniya komandasının “Atletico Madrid”dən ayrılan və azad agent olan  Memphis Depayı heyətinə qatmaq istədiyi bildirilib.

İspaniyanın “Rayo Vallecano”(Rayo Valyekano), komandası James Rodriguezin ardından daha bir ulduzun arxasınca düşüb.

“Rayo Vallecano”, “Atletico Madrid”lə yollarını ayıran Memphis Depayı transfer etmək istəyir. Klub oyunçunu avqustun 30-da başa çatacaq Avropa Transfer dövrünə qədər münasib maaşla heyətinə qatmaq istəyir.

Depay, “Atletico Madrid“də 40 matçda iştirak edib. 30 yaşlı futbolçu bu matçlarda 13 qol vurub, 2 məhsuldar ötürmə edib.