James Palmer, “Galatasaray”da

Bakı, 16 iyun, Sporaz.tv

Galatasaray (Qalatasaray) Kişi Basketbol Komandası, James Palmer Jr-ı heyətinə qatıb.

Sporaz.tv xəbər verir ki, klubdan verilən açıqlamada ötən mövsüm “Türk Telekom”da çıxış edən 1,96 metr boyunda və 27 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalandığı bildirilib.

James Palmer ötən mövsüm Türkiyə Sığorta Basketbol Super Liqasında 15 xal, 3 ribaund, 3.1 məhsuldar ötürmə və 14.1 məhsuldarlıq xalı ortalamaları ilə oynayıb.

Sarı-qırmızılı klubdan verilən açıqlamada: “James Palmer Jr.-ə Galatasaray ailəsinə xoş gəldin deyir və ona yeni forması ilə uğurlar dolu bir il arzulayırıq”.- sözləri qeyd edilib.