Jamal Musialaya rekord təklif

Bakı, 19 noyabr, Sporaz.tv

Bavariya” ulduz futbolçusu Jamal Musiala ilə müqaviləni yeniləmək istəyir. Bildirilib ki, Bavariya komandası Musiala hər il 25 milyon avro təklif edəcək və gənc futbolçu bu təklifi qəbul edərsə, Avropanın ən çox qazanan alman futbolçusu olacaq.

Sporaz.tv xəbər verir ki, Vincent Kompaninin rəhbərliyi altında Bundesliqanın zirvəsində olan “Bavariya” Jamal Musialanı komandasında saxlamaq istəyir.

2019-cu ildə “Bavariya”nın infrastrukturuna transfer olunan və 2020-ci ildə A komandasına yüksələn Camal Musialanın müqaviləsi 2026-cı ildə başa çatır.

Gənc futbolçunu komandada saxlamaq istəyən “Bavariya” Musiala üçün rekord müqavilə təklif etməyi planlaşdırır.

“Sky Sports”da yayımlanan xəbərdə “Bavariya”nın Jamal Musiala ilə müqaviləni 2029-cu ilə qədər uzatmaq istədiyi bildirilib.

Musiala müqaviləni qəbul edərsə, illik 25 milyon avro qazanacağı və bunun ümumilikdə 120 milyon avroluq müqavilə olacağı bildirilib.

21 yaşlı ulduz “Bavariya”nın təklifini qəbul etsə, Avropada çıxış edən futbolçular arasında ən çox maaş alan futbolçu olacaq.

Futbol karyerasına Almaniyanın TSV Lehnerz klubunda başlayan, daha sonra İngiltərənin “Sauthempton” və “Çelsi” infrastrukturunda çıxış edən Musiala 2019-cu ildə “Bavariya” ilə müqavilə imzalayıb.

“Bavariya”da U17 və U19 komandalarında çıxış edən Camal Musiala 2020-ci ildə A komandasına yüksəlib.

Karyerası boyunca 210 matça çıxan 21 yaşlı futbolçu 60 qol vurub, 38 məhsuldar ötürmə edib.

Bahar Rüstəm

Leave a Reply