Bakı, 1 noyabr, Sporaz.tv
“Galatasaray“(Qalatasaray) UEFA Avropa Liqasında noyabrın 7-də evdə İngiltərənin “Tottenham” komandası ilə qarşılaşacağı matçın hazırlıqlarını davam etdirib.
Sporaz.tv məlumat verir ki, sarı-qırmızılı klubdan verilən məlumata görə, Florya Metin Oktay Təsislərində dinamik isinmə hərəkəti ilə başlayan məşq 8-2 ötürmə məşqi ilə davam edib. Baş məşqçi Okan Burukun rəhbərliyi altında keçirilən məşq, topa sahiblik məşqindən sonra güc məşqi ilə yekunlaşıb.
“Galatasaray”-ın seneqallı sol cinah müdafiəçisi İsmail Jakobs müalicəsinin ardından meydanda fərdi məşqlərə başlayıb.
Sarı-qırmızılı komanda, sabah edəcəyi məşqlə hazırlıqlarını davam etdirəcək.