Jaden Philogene üçün Premyer Liqadan talib var

Bakı, 9 iyul, Sporaz.tv

İngiltərə Premyer Liqa komandalarından olan “Everton” “Hull City“də çıxış edən Jaden Philogenei heyətinə qatmaq istəyir.

Sporaz.tv xəbər verir ki, ötən mövsüm “Hull City” forması ilə diqqət çəkən Jaden Philogene Premyer Liqa komandalarının radarındadır.

Premyer Liqanın yeni komandası “Ipswich Town”dan sonra “Everton” da transfer üçün işə başlayıb və təklifini “Hull City”yə çatdırıb.

“Everton”un 22 yaşlı futbolçu üçün 16 milyon funt-sterlinq və bonuslar təklif etdiyi bildirilib.
Uzun fasilədən sonra Premyer Liqaya yüksələn “Ipswich Town” “Hull City”dən iki futbolçunu heyətinə qatmaq istəyir.

İngilis mətbuatında çıxan xəbərlərdə “Ipswich Town”un Jaden Philogene ilə birlikdə Jacob Greaves üçün cəmi 35 milyon funt sterlinq təklif etdiyi diqqət çəkib.

Ötən mövsüm “Hull City”nin heyətində 33 matça çıxan Jaden Philogene 12 qol vurub, 6 məhsuldar ötürmə edib.

Jacob Greaves 43 matçda iştirak edib. 23 yaşlı müdafiəçi bu matçlarda 2 qol vurub və 4 məhsuldar ötürmə edib.

Bahar Rüstəm