Jackson Mulekaya sürpriz təklif

Bakı, 16 avqust, Sporaz.tv

Al-Kholood (Əl-Kholood)-dan sonra “Beşiktaş“da çıxış edən Jackson Mulekaya daha bir talib çıxıb.

Sporaz.tv xəbər verir ki, “Beşiktaş”ın Demokratik Konqolu Jackson Muleka, Səudiyyə Ərəbistanından sonra Rusiyadan təklif alıb.

“Qara-ağlar”ın 3,35 milyon avroya transfer etdiyi Muleka üçün Al-Kholood (Əl-Kholood), rəsmi təklif irəli sürüb.

Səudiyyə Ərəbistanı komandası, 500 min avroluq icarə, 3 milyon 250 milyon avroluq alış opsiyonu ilə “Beşiktaş”ın qapısını döyüb.

24 yaşlı hücumçu üçün bir Rusiya komandasının da “Beşiktaş”a təklif etdiyi iddia edilib.

Adı açıqlanmayan klubun “Beşiktaş”a 4,5 milyon avro təklif etdiyi bildirilib.

Bunun üzərinə Beşiktaşın Al-Kholood (Əl-Kholood)-dan təklifini artırmasını tələb etdiyi vurğulanıb.

Jackson Muleka, təklifləri dəyərləndirmək qərarına gəlsə, Beşiktaş futbolçu ilə yollarını ayıracaq.

2023-24 mövsümündə 47 matça çıxan və 2689 dəqiqə meydanda olan Jackson Muleka, 9 qol vurub, 2 məhsuldar ötürmə edib.