Jack Grealish matçda komandasına kömək etməyəcək

Bakı, 10 avqust, Sporaz.tv

İngiltərənin “Manchester City“(Mançester Siti) komandasının futbolçusu Jack Grealish İngiltərə Superkuboku uğrunda “Manchester United”lə matçda komandasına kömək etməyəcək.

Sporaz.tv xəbər verir ki, buna 29 yaşlı vingerin məşqdə zədələnməsi səbəb olub.

Superkubok uğrunda “Manchester City” və “Manchester United”(Mançester Yunayted) komandaları arasında bu gün baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Mənbə: Report