İtalyan mətbuatında Rebic iddiası

Bakı, 16 iyun, Sporaz.tv

Yeni mövsüm üçün “Beşiktaş-ın heyətində yer almayan Ante Rebiclə “Hellas Verona“ın maraqlandığı iddia edilir.

Sporaz.tv məlumat verir ki,”Beşiktaş”ın yollarını ayırmaq istədiyi Ante Rebicə İtaliyadan talib olduğu bildirilir.

“Beşiktaş” rəhbərliyi yeni mövsüm üçün heyətdə yer almayan Rebicə “Hellas Verona”dan rəsmi təklif gözləyir. İtaliya yığmasından təklif gəlsə, 30 yaşlı futbolçu ilə yolları ayırmaq planlaşdırılır. Xorvatiyalı futbolçuya ölkəsi və Amerikadan da maraq olduğu qeyd edilib.

“Beşiktaş”ın ötən mövsüm böyük ümidlərlə heyətinə qatdığı Ante Rebic, gözləntiləri xeyli aşağı salıb. 22 matçda meydana çıxan təcrübəli futbolçu, 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Müqaviləsi 30 iyun 2025-ci ildə başa çatacaq Rebicin hazırkı bazar dəyəri 2 milyon 200 min avro civarındadır.