İtalyan əfsanəsi dünyasını dəyişib

Bakı, 18 sentyabr, Sporaz.tv

İtaliyanın əfsanəvi futbolçusu Salvatore Schillaci 59 yaşında dünyasını dəyişib.

Sporaz.tv xəbər verir ki, dünya çempionatının bombardiri sırasına çataraq İtaliyanın əfsanəvi adlarından birinə çevrilən Salvatore Schillaci vəfat edib.

59 yaşlı Salvatore Schillaci, bir müddət idi ki, xərçəng xəstəliyindən müalicə olunurdu. “Toto” ləqəbli əfsanə, 1990-cı il Dünya Kubokunda göstərdiyi performansla italyanların simvoluna çevrilmişdi. 1990-cı il dünya çempionatında atdığı 6 qolla qol kralı olan “Toto”, turnirdə İtaliyanın 3-cü yer tutmasında da böyük paya malik olmuşdu.

Həmçinin Salvatore Schillaci, o vaxt “Qızıl ayaqqabı” və “Qızıl top” mükafatlarını da qazanmışdı.

Leave a Reply