Bakı, 6 iyun, Sporaz.tv
Almaniyanın ev sahibliyi edəcəyi AVRO-2024-ə qədər İtaliya millisinin heyəti açıqlanıb.
Sporaz.tv xəbər verir ki, baş məşqçi Luçano Spaletti B qrupunda İspaniya, Albaniya və Xorvatiya ilə mübarizə aparacaq İtaliya yığmasının heyətinin adlarını müəyyən edib.
İtaliyanın AVRO-2024-ün heyətində aşağıdakı adlar yer alıb:
Qapıçı: Donnarumma, Meret, Vicario
Müdafiə: Bastoni, Bellanova, Buongiorno, Calafiori, Cambiaso, Darmian, Di Lorenzo, Dimarco, Gatti, Mancini.
Yarımmüdafiə: Barella, Cristante, Fagioli, Folorunsho, Frattesi, Jorginho, Pellegrini.
Hücumçular: Chiesa, El Shaarawy, Raspadori, Retegui, Scamacca, Zaccagni.
Vüqar ALIŞOV