İtaliya millisinin AVRO-2024 üçün heyəti açıqlanıb

Bakı, 6 iyun, Sporaz.tv

Almaniyanın ev sahibliyi edəcəyi AVRO-2024-ə qədər İtaliya millisinin heyəti açıqlanıb.

Sporaz.tv xəbər verir ki, baş məşqçi Luçano Spaletti B qrupunda İspaniya, Albaniya və Xorvatiya ilə mübarizə aparacaq İtaliya yığmasının heyətinin adlarını müəyyən edib.

İtaliyanın AVRO-2024-ün heyətində aşağıdakı adlar yer alıb:

Qapıçı: Donnarumma, Meret, Vicario

Müdafiə:   Bastoni, Bellanova, Buongiorno, Calafiori, Cambiaso, Darmian, Di Lorenzo, Dimarco, Gatti, Mancini.

Yarımmüdafiə: Barella, Cristante, Fagioli, Folorunsho, Frattesi, Jorginho, Pellegrini.

Hücumçular: Chiesa, El Shaarawy, Raspadori, Retegui, Scamacca, Zaccagni.

Vüqar ALIŞOV