İtaliya komandasından Jean Onana açıqlaması

Bakı, 31 iyul, Sporaz.tv

İtaliya A Seriyasının komandalarından olan “Lecce“nin texniki heyətinin rəhbəri Pantaleo Corvino “Beşiktaş“dan Jean Onana ilə maraqlandıqlarını bildirib.

Sporaz.tv xəbər verir ki,”Beşiktaş”ın heyətində yer almayan adlardan biri olan Jean Onana İtaliya A Seriyasının “Lecce” komandasının radarındadır.

“Lecce”nin texniki heyətinin rəhbəri Pantaleo Corvino Onana ilə maraqlandıqlarını və onu heyətlərinə qatmaq istədiklərini bildirib.

İtaliya mətbuatından Giornalde di Puglia ilə danışan Corvino, “O, çox güclü oyunçudur və onunla maraqlanırıq. Onu “Lecce”yə gətirə biləcək şərtlərin olub-olmadığını görəcəyik” dedi.

Ötən mövsüm “Beşiktaş”ın heyətinə qatılan Jean Onana mövsümü Fransa Liqa 1 komandası “Marsel”də başa vurub.

Əvvəlki mövsümdə “Beşiktaş” və “Marsel”in heyətində ümumilikdə 24 matça çıxan Jean Onana 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Mövsüm başa çatdıqdan sonra “Beşiktaş”a qayıdan 24 yaşlı futbolçunun “ağ-qaralar”la 3 illik müqaviləsi var.

Bahar Rüstəm