İtaliya klubu, Raphaël Varaneni razı sala bildi

Bakı, 14 iyul, Sporaz.tv

Fransa millisinin üzvü Raphaël Varane, İtaliya A Seriyası təmsilçisi “Como” ilə razılığa gəlib.

Sporaz.tv “Report” -a istinadən xəbər verir ki, 31 yaşlı müdafiəçi Sesk Fabreqasın baş məşqçisi olduğu klubun təklifini qəbul edib və müqavilə yaxın vaxtlarda rəsmiləşəcək.

2021-ci ildən İngiltərənin Manchester United (Mançester Yunayted) klubunda çıxış edən dünya çempionunun müqavilə müddəti yayda başa çatıb və o, hazırda azad agentdir.

Qeyd edək ki, ötən mövsüm “Como” B seriyasında 2-ci yeri tutub və İtaliyanın əsas liqasında mübarizə aparmaq hüququ qazanıb.