İtaliya Kenan Yıldızdan danışır: “Juventusun sehrbazı”

Bakı, 18 sentyabr, Sporaz.tv

“Juventus”(Yuventus)-da çıxış edən Kenan Yıldız Çempionlar Liqasında “PSV“-ni qəbul etdikləri matça damğasını vurub. Kenan Yıldızın möhtəşəm performansı İtaliya mətbuatında da böyük əks-səda doğurub.

Sporaz.tv məlumat verir ki, “Juventus“, Çempionlar Liqasının ilk həftəsində “PSV”-ni 3:1 hesabı ilə məğlub edib. “Juventus”-da çıxış edən Kenan Yıldız əla oyunu ilə matçın adamı seçilib.

“Juventus”-un ilk qolunu vuran Kenan Yıldız, Çempionlar Liqasında İtaliya komandası ilə qol vuran ən gənc futbolçu adını kumiri Del Pierodan alıb.

Digər tərəfdən Kənan Yıldızın çıxışı, İtaliya mətbuatında böyük əks-səda doğurub.

Qəzetlər, Kenan Yıldız haqqında yüksək sözlər yazsa da, “La Gazzetta dello Sport”un “Yuventusun sehrbazı” başlığını dərc etməsi diqqət çəkib.

La Repubblica: “Kenan Yıldız yeni bir dövr açır” – dedi.

Corriere dello Sport manşetində: “Kənan Yıldız fenomeni”- ifadəsini işlədib.

Bu arada oyunsonrası yayımda Kenan Yıldız ilə Alessandro Dep Piero arasındakı dialoq Çizmədə də manşetlərə çevrilib.

Sky telekanalında danışan Del Piero, Kənan Yıldızı təbrik edib. Əfsanəvi futbolçu: “Onun üçün çox xoşbəxtəm, gözəl oyun nümayiş etdirdi və 10 nömrəni çiyninə qoymağın məsuliyyətini üzərinə götürdü. Kənan sənin üçün çox xoşbəxtəm” dedi.

Del Pieronun açıqlamalarından son dərəcə həyəcanlı olduğu müşahidə edilən Kənan Yıldız gülərək: “Hazırda bir az əsəbləşirəm” – deyib.

Kenan Yıldız, Del Pierodan soruşub: “Qoldan əvvəl xüsusi bir şey düşündünüzmü, yoxsa instinktiv olaraq vurdunuz?” O, suala “Məni mövqedə cinahdan hərəkət etdirərək, mənim üçün atış sahəsini açan cambiasoya təşəkkür etməliyəm” – cavabını verib.

Leave a Reply