Bakı, 28 oktyabr, Sporaz.tv
A Seriyasının 9-cu turunda keçirilən “İnter” – “Juventus” matçı 4:4 hesabı ilə başa çatıb. Derbinin 61-ci dəqiqəsində oyuna daxil olan Kenan Yıldız, 71 və 82-ci dəqiqələrdə fərqlənib. Hakan Çalhanoğlu zədəsi səbəbindən matçda iştirak edə bilməyib.
Sporaz.tv məlumat verir ki, A Seriyasının 9-cu həftəsində “İnter” və “Juventus”, Guiseppe Meazzada üz-üzə gəlib.
“İnter”, 15-ci dəqiqədə Zielinskinin penaltidən vurduğu qolla önə keçib. “Juventus” əvvəlcə 20-ci dəqiqədə Vlahoviclə hesabı bərabərləşdirib, 27-ci dəqiqədə isə Weahlə önə keçib. Çox keçmədi ki, 35-ci dəqiqədə Mkhitaryanla hesabı 2-2-yə çatdıran “İnter”, 37-ci dəqiqədə Zielinskinin penaltidən vurduğu qolu ilə önə keçib 3-2.
İlk hissə “İnter”-in 3:2 hesablı üstünlüyü ilə başa çatıb. İkinci hissənin əvvəlində çox təsirli oynayan “İnter”, Dumfries ilə hesabı 4-2-yə çatdırıb. Qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayan Kenan Yıldız, 61-ci dəqiqədə Weahın yerinə oyuna daxil olub. Türkiyəli futbolçu, 71-ci dəqiqədə fərqi 1-ə endirib, 82-ci dəqiqədə hesabı 4-4-ə çatdırıb.
“İnter” 18, “Juventus” 17 xal toplayıb.
Roma matçında zədələnən Hakan Çalhanoğlu derbidə iştirak etməyib.