İtaliya A seriyasının ən çox maaş alan futbolçuları

Bakı, 8 sentyabr, Sporaz.tv

Cari mövsüm İtaliya A seriyasında ən çox maaş futbolçuların siyahısı bəlli olub.

Sporaz.tv “Report”-a ” istinadən xəbər verir ki, siyahıya 12 milyon avro qazanan “Juventus“(Yuventus)-un hücumçusu Dusan Vlahovic başçılıq edir.

Onu 9 milyon məvaciblə “İnter“in üzvü Lautaro Martinez təqib edir.

Hərəyə 6,5 milyon avro gəlir əldə edən “İnter”in daha iki üzvü – Hakan Çalhanoğlu və Nicolo Barella isə ilk “üçlüy”ü qapayır.

Qeyd edək ki, futbolçuların aylıq gəlirləri hesablanarkən vergilər nəzərə alınıb.

Leave a Reply