Bakı, 5 oktyabr, Sporaz.tv
İtaliya A seriyasının 7-ci həftəsində günün növbəti qarşılaşması “Atalanta“- “Genoa” komandaları arasında baş tutub.
Sporaz.tv xəbər verir ki, Gewiss Stadiumda start götürən qarşılaşma, “Atalanta”-nın böyük hesablı qələbəsi ilə başa çatıb. 5:1
Hesabı 24-cü dəqiqədə “Atalanta”-nın Argentina əsilli futbolçusu M. Retegui açıb. Gənc futbolçu, 50 və 74-cü dəqiqələrdə də atdığı dəqiq zərbələrlə hat-trick sahibi olub.
60-cı dəqiqədə Ederson, 80-ci dəqiqədə isə M. d. Roon da fərqlənməyi bacarıb.
J. Ekhator,83-cü dəqiqədə Genoa komandasının tək qoluna imza atıb.
Qeyd edək ki, İtaliya A seriyasında günün son oyunu 22:45-də “İnter” – “Torino” komandaları arasında baş tutacaq.