İsveçrədən 3 qollu qələbə

Bakı, 15 iyun, Sporaz.tv

2024-cü il futbol üzrə Avropa çempionatının (AVRO-2024) A qrupunun ikinci oyununda İsveçrə ,Macarıstanı 3:1 hesabı ilə məğlub edib.

Sporaz.tv məlumat verir ki, matça təsirli başlayan İsveçrə, 14-cü dəqiqədə Duahın qolu ilə önə keçib. İlk hissə boyu rəqibinə qarşı böyük üstünlüyə malik olan İsveçrə, 45-ci dəqiqədə Aebischer qolu ilə  fərqi 2-yə yüksəldib və ilk yarı belə başa çatıb.

Macarıstan matçın ikinci yarısına yaxşı başlayıb. 66-cı dəqiqədə Varqa qolu ilə fərqi 1-ə endirib.

Qalan hissədə rəqibinə hesabı bərabərləşdirməyə imkan verməyən və 90+3 dəqiqədə Embolo ilə daha bir qol vuran İsveçrə, meydandan 3-1 hesabla qalib ayrılıb.

Beləliklə, Almaniya və İsveçrənin xalı 3-ə çatıb, Macarıstan və Şotlandiya isə heç bir xal ala bilməyib.