Bakı, 7 noyabr, Sporaz.tv
İsveç millisi UEFA Millətlər Liqasının C Divizionunda Azərbaycan millisinə qarşı keçiriləcək matça itkilərlə çıxacaq.
Sporaz.tv xarici mətbuata istinadən xəbər verir ki, komandanın iki oyunçusu zədə səbəbindən matçı buraxacaq. Belçika təmsilçisi “Anderlext”də çıxış edən müdafiəçi Lüdviq Auqustinsson dizindən aldığı xəsarət, “Malmö”nün şərəfini qoruyan qapıçı Robin Olsen isə kəllə-beyin travması səbəbindən Azərbaycan seçməsi ilə görüşdə forma geyinməyəcək.
Qeyd edək ki, noyabrın 19-da İsveç-Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.