“İstanbulspor” “Adana Demirspor”u qəbul edəcək

Bakı,3 may, Sporaz.tv

Aşağı liqaya düşməsi riyazi olaraq dəqiqləşən İstanbulspor sabah Trendyol Superliqasının 35-ci həftəsində “Yukatel Adana Dəmirspor”u qəbul edəcək.

Sporaz.tv xəbər verir ki, Esenyurt Necmi Kadıoğlu Stadionunda oynanılacaq və saat 16.00-da başlayacaq qarşılaşmanı baş hakim Abdullah Buğra Taşkınsoy idarə edəcək.

TRT Radio 1-də canlı yayımlanacaq matçın şərhini trtspor.com.tr saytından canlı izləyə bilərsiniz.

Artıq liqadan aşağı düşməsi təsdiqlənən “İstanbulspor”un aktivində 16 xal var. Sarı-qaralar liqanın qalan hissəsində nüfuz uğrunda mübarizə aparacaq.

Qonaq “Adana Dəmirspor” 41 xalla 11-ci pillədə qərarlaşıb. Bu mövsüm səfərdə qalib gələ bilməyən Adana təmsilçisi bu mənfi seriyaya son qoymağa çalışacaq.

Liqanın ilk yarısı Adanada iki komanda arasında oynanan qarşılaşma 2-2 bərabərə bitdi.

Vüqar Alışov