İspanlardan möhtəşəm qalibiyyət

Bakı, 15 iyun, Sporaz.tv

İspaniya Avropa Çempionatında Xorvatiyanı 3-0 məğlub etdi.

Sporaz.tv xəbər verir ki, Berlin Olimpiya Stadionunda baş tutan matç ispanların əzici qələbəsi ilə başa çatdı.
Qolları 29-ci dəqiqədə Morata, 32-ci dəqiqədə Ruiz, 45+2-də Carvajal vurdu. 78-ci dəqiqdə Rodri yalnış hərəkətinə görə sarı kart aldı. 80-ci dəqiqədə Petrovicin penaltisini Simon qapıdan kənarlaşdırdı, xorvatları qol şansından faydalana bilmədilər.

Bahar Rüstəm