İspanlar Mourinhonun gizli planını üzə çıxarıb

Bakı, 4 avqust, Sporaz.tv

Transferdə adı “Galatasaray“la hallanan İlkay Gündoğanın “Fenerbahçe“nin baş məşqçisi Jose Mourinhonun da gündəmində olduğu iddia edilib. Vitse-prezident Acun Ilıcalının futbolçunun nümayəndəsi İrfan Gündoğanla danışıqlara başladığı bildirilib.

Sporaz.tv xəbər verir ki, “Fenerbahçe”nin baş məşqçisi Jose Mourinhonun “Barcelona”da çıxış edən yarımmüdafiəçi İlkay Gündoğanı heyətində görmək istədiyi iddia edilib.
“Sarı-göylü” qrup İlkayı razı salmaq üçün əməliyyat planlaşdırır.

Qürbətçi futbolçunun adı “Galatasaray”da hallansa da, İspaniya qəzetinə açıqlama verən “sarı-qırmızılı” rəsmilər İlkay Gündoğanla maraqlanmadıqlarını bildiriblər.

İlkayın “Fenerbahçe”yə transferi ilə bağlı şərh edilib: “Mourinhonun gizli gündəmindəki seçim qətiliklə “Barcelona”nın yarımmüdafiəçisidir”.

“Fenerbahçe”nin vitse-prezidenti Acun Ilıcalı portuqaliyalı çalışdırıcının istəyi ilə İlkayın atası və meneceri İrfan Gündoğanla danışıqlara başlayıb.

33 yaşlı futbolçunun “Barcelona” ilə 1 illik opsiya ilə 2 illik müqaviləsi var. Bununla belə, Kataloniya klubunun bu yay transferləri məhdudlaşdıran FİFA maliyyə qaydalarına görə İlkay da daxil olmaqla bir çox futbolçusunun satışına açıq ola biləcəyi qeyd edilib.

Bahar Rüstəm