İspaniyanın kral klubu yenidən rekordunu təkrarlayıb

Bakı,12 may,Sporaz.tv

İspaniyanın “Real” klubu rekordunu təkrarlayıb.

Sporaz.tv  xarici mediaya istinadən məlumat verir ki, paytaxt təmsilçisi buna La Liqanın XXXV turunda “Granada”nı 4:0 hesabı ilə məğlub etməklə nail olub.

“Carlo Ancelotti”nin baş məşqçisi olduğu kollektiv cari mövsüm çempionatda 19 matçda qapısını toxunulmaz saxlayıb.

“Kral klubu” 1986/1987 və 1987/1988 mövsümlərində eyni sayda “quru” oyun keçirib.

Qeyd edək ki, hazırda 90 xalı olan “Real” mayın əvvəlində çempionluğu təmin edib.

Mənbə:Report